Finalda "Barselona"ya uduzaraq (2:5) İspaniya Superkubokunu əldən verən "Real"da gərginlik get-gedə artır.
QOL.az xəbər verir ki, bu mövsüm Kataloniya təmsilçisindən ümumilikdə 9 qol buraxan Madrid klubunun yoluna hazırkı baş məşqçisi Karo Ançelotti ilə davam edəcəyi bildirilirdi. Lakin İspaniya mətbuatında "Real"ın böhranın astanasında olduğuna dair xəbərlər yayılıb.
"Ondo Cero"nun məlumatına görə, Karlo Ançelotti qış transfer pəncərəsində yeni futbolçu alınmağını istəyib. Lakin klub rəhbərliyi bunun əleyhinə çıxıb.
Bir neçə gün əvvəl "Real"ın qış transfer pəncərəsində Trent Aleksander-Arnold ("Liverpul") da daxil olmaqla danışıqlar apardığı bütün futbolçulardan imtina etdiyi barədə xəbərlər yazılmışdı. Klub prezidenti Florentino Peres "Real"ın akademiyasının futbolçularına və komandanın gənc oyunçularına şans verməyi qərara alıb.
"Real"dakı daxili çəkişmələr səbəbindən Karlo Ançelottinin gələcəyi də şübhə altındadır.
Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 43 xalla 2-cidir. Komanda lider "Atletiko"dan 1 xal geri qalır.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi