“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Hazırlıq necə keçir?
- Hər şey qaydasındadır. Gündə iki dəfə məşqə çıxırıq. Fiziki gücümüzü artırmaq üçün ağır məşqlər keçirik. Yoxlama oyununu da fiziki yüklənmənin təsiri altında keçirdik. Nələrsə alındı, nələrsə yox. Əsas odur ki, yanvarın 18-dəki çempionat oyununa hazır olaq.
- Yoxlama oyunundan danışmışkən, “Araz-Naxçıvan”la 2:2-lik bərabərliyi necə şərh edə bilərsiniz?
- Bu oyun barədə geniş fikir bildirmək istəməzdim. Hər hissədə fərqli heyətlərlə oynadıq. Meydanda gənclər də var idi. Əsas odur ki, indiki məqamda qaçmaq, tempi tutmaq, oyun praktikasını artırmaq bizim üçün vacibdir.
- Mövsümün ikinci yarısında “Sumqayıt”dan nə gözləmək olar?
- Əsas kuboku fikirləşirik. Çünki nəsə etmək üçün orada şansımız daha realdır. Bu təcrübəni yaşamışıq. İki dəfə final oynamışıq. İnanıram ki, bu dəfə də həlledici qarşılaşmaya yüksəlmək bizə qismət olacaq. Çempionatda da maksimum nəticə qazanmaq üçün sona qədər mübarizə aparacağıq.
- İndiki məqamda “Sumqayıt”ın potensialı dediyiniz hədəflərə çatmağa imkan verir?
- Hədəfimiz dördüncü yer və kubokun finalıdır. Bunun üçün komandanın potensialı var. Yeni transferlərimiz də olsa, nəsə etmək mümkündür.
- Son günlər əsas müzakirə mövzusu Premyer Liqada legioner limitinin ləğvidir. Bu barədə nə düşünürsünüz?
- Məncə, istənilən yerli oyunçudan soruşsanız, deyəcək ki, limit yığışdırılsa, pis olacaq. Qərarı verən biz deyilik. İndiki məqamda gözləmə mövqeyindəyik. Lakin hansı qərar qəbul edilməsindən asılı olmayaraq ona hörmətlə yanaşacağıq. Yəqin ki, hansısa qərar qəbul olunsa, bunun səbəbi də açıqlanar. Məncə, bu, yerli oyunçular üçün yaxşı deyil.
- Yaxşı deyil deyəndə yerli futbolçulara tələbatın azalmasını nəzərdə tutursunuz, yoxsa milli komandaya ziyanı olacağını düşünürsünüz?
- Tələbatın azalacağını düşünmürəm. Çünki yaxşı yerli futbolçularımız var. Gənclər, aşağıdan gələn uşaqlar üçün bir qədər çətin olacaq. Eləcə də bu, millimizə problem yarada bilər. Ona görə də nəsə düşünmək lazımdır. İndiki məqamda gözləyirik. Hansı qərarın qəbul olunacağı mənim üçün də maraqlıdır.
- Son zamanlar “Qarabağ”ın sizinlə maraqlandığı barədə xəbərlər yayılıb. Ağdam kubundan təklif almısınız?
- Xeyr, rəsmi təklif olmayıb. Bu, söz-söhbətdir. Nəsə olsaydı, bu barədə danışardım. Amma dediyim kimi, rəsmi heç nə yoxdur.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?