UEFA-nın "Qalatasaray"la bağlı paylaşımı bu klubun əzəli rəqibi olan "Fənərbaxça" azarkeşlərinin narazılığına səbəb olub.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilib ki, UEFA-nın Avropa Liqasının rəsmi sosial media hesabında "Qalatasaray"ın futbolçusu Yunus Akgünün şəkli "Yenilməz və Türkiyə Superliqasının zirvəsində" sözləri ilə paylaşılıb.

Bundan sonra "Fənərbaxça"lı azarkeşlər həmin paylaşıma yazdıqları yüzlərlə şərhlə etirazlarını bildiriblər.
"Fənərbaxça" azarkeşlərinin təzyiqindən sonra UEFA daha bir paylaşım edib. "Qalatasaray"la bağlı postdan təxminən 1.30 saat sonra qitənin ali futbol qurumunun səhifəsi bu dəfə "Fənərbaxça"nın futbolçusu Yussef En-Nesrinin şəklini paylaşıb.
Qeyd edək ki, bu mövsüm həm "Qalatasaray", həm də "Fənərbaxça" UEFA Avropa Liqası yarışında iştirak edir.

“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video