Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq 2024-cü il başa çatdı. Ötən il bütün sahələrədə olduğu kimi, idman sahəsində də Azərbaycan üçün müxtəlif nəticələrlə yadda qalacaq.
Bəs, 2024-cü il Azərbaycan futbolunda hansı izləri qoydu? 2024-cü ili milli komandamız və klublarımız üçün uğurlu adlandırmaq olar, yoxsa uğursuz?
Sadaladığımız və digər suallara cavab tapmaq üçün bu dəfə futbol mütəxəssisi Bəxtiyar Musayevlə söhbətləşdik.
O, əvvəlcə 2024-cü ilin Azərbaycan futbolu üçün o qədər də yaxşı bir il olmadığını bildirib: "Demək olmaz ki, 2024-cü il Azərbaycan futbolu üçün uğurlu keçdi. Burada ən pis nəticə millimizlə bağlıdır. Təəssüf ki, yığmamız Millətlər Liqasının C Liqasında sonuncu olaraq D Liqasına yuvarlandı. Bu, Azərbaycan futbolu üçün çox acınacaqlı haldır. Məncə, 2024-cü ili futbolumuz üçün uğurlu saymaq olmaz. Burada əsas rolu millimizin nəticələri oynayır".
B.Musayev Azərbaycan klublarından "Qarabağ", "Zirə", "Sabah" ə "Sumqayıt"ın avrokuboklardakı çıxışlarına toxunub: "Klublarımızdan həmişəki kimi, "Qarabağ" bizi Avropada daha yaxşı təmsil etdi. "Zirə" isə Konfrans Liqasnda pley-offadək irəlilədi. Qrup mərhələsinə yüksəlməklərinə bir addım qalmışdı. Bu, sevindirici haldır. "Sumqayıt" və "Sabah" isə Konfrans Liqasında Azərbaycanı uğurlu şəkildə təmsil etmədilər".

Bəxtiyar Musayev
Futbol mütəxəssisi "Qarabağ"ın 2024-cü ilin fevral və mart aylarında Avroliqada "Braqa" və "Bayer"ə qarşı keçirdiyi matçları xatırlayıb: "Qarabağ" 2024-cü ilin əvvələrində çox yaxşı çıxış etdi. Hətta Avropa Liqasının 1/8 finalında "Bayer" kimi güclü bir komandanı mübarizədən kənarlaşdırmağa yaxın idilər. Lakin son anda - əlavə edilmiş dəqiqələrdə məğlub olduq. Biz ilin əvvəlində "Braqa" ilə oyunda qol şanslarından istifadə edə bildiyimizə görə mərhələ adladıq. "Bayer"lə isə iki möhtəşəm matç keçirdik. Əlbəttə ki, bu nəticələr samballıdır".
O, Ağdam təmsilçisinin 2024/25 mövsümündə Avropa Liqasının Liqa mərhələsində keçirdiyi 6 görüş haqqında fikirlərini də bölüşüb: "Cari mövsümdə isə "Qarabağ" ilin əvvəlindəki uğurlarını təkrarlaya bilmir. "Qarabağ"ın cüzi şansı var. Yanvar ayında 2 oyun keçiriləcək. Ümumi götürəndə ilin əvvəli "Qarabağ" üçün daha uğurlu idi. Amma bunu demək olmaz ki, "Qarabağ" çox zəifləyib. Ötən ilin əvvəlində müəyyən qədər şans bizim tərəfimizdə də idi. Bu mövsüm isə heç şanssızlıq çox oldu. “Ayaks"la matç, "Lion"la oyun, hətta "Tottenhem"lə səfər görüşü... Həmin matçlarda nəticələr başqa cür ola bilərdi. Cari mövsümdə isə "Qarabağ"ın böyük fərqlə geridə qalmağını düşünmək istəməzdim. Sadəcə səbəbləri sadaladım ki, nəyəsə görə bu mövsüm alınmadı. Son qol şanslarından istifadə etsəydilər, biz yenə də "Qarabağ"ın çox uğurlu olduğunu qeyd edərdik".
B.Musayev Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısındakı yaddaqalan məqamlardan söz açıb: "Azərbaycan Premyer Liqasında iki komanda bizi sözün yaxşı mənasında təəccübləndirdi. Bunlardan biri "Araz-Naxçıvan", digəri isə "Turan Tovuz"dur. Onlar stabil, yaxşı performas göstərərək, çempionata rəng qatdılar. "Araz-Naxçıvan" və "Turan Tovuz"dan bu qədər uğurlu çıxışı heç kəs gözləmirdi. Amma onlar 2 dövrəni çox yaşı nəticələrlə başa vurdular. Bu, mənim üçün çox sevindirici haldır. "Araz-Naxçıvan" və "Turan Tovuz"a uğurlar arzu edirəm. Çempionatımızda rəqabət nə qədər çoxalsa, Azərbaycan futbolu, klubların inkişafı adına bir o qədər də faydalı olar".
Mütəxəssis sonda Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunmasından və yığmamızın Millətlər Liqasındakı oyunundan danışıb: "Mən inanmıram ki, Azərbaycanda nəinki futbol ictimaiyyəti, hansısa bir şəxs millimiz haqqında müsbət rəy söyləsin. Təəssüf ki, millimizin çıxışı hamımızı məyus etdi. Azərbaycan millisi, səhv məşqçi seçimi barədə dəfələrlə fikirlərimi bildirmişəm. İndi artıq bu haqda əlavə sözlər demək istəmirəm. Bəlkə də, Azərbaycan futbolu öz tarixinin ən pis nəticələrini qazandı. Hətta C Liqasında belə sonuncu olduq. Sadəcə istəyirəm ki. ən pis vaxtlar elə 2024-cüildə qalsın, növbəti ildə həm millimizin, həm də klublarımızın gözəl oyununun şahidi olaq. Yeni ilə bu ümidlərlə qədəm qoyaq".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq