Azərbaycanlı futbolçunun komandası Albaniya superkubokunu qazandı

Azərbaycanlı futbolçunun komandası Albaniya superkubokunu qazandı
ÖLKƏ FUTBOLU 27 Dekabr 2024 / 10:14 1883
-  A +

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.

QOL.az xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, "Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər. Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm "Eqnatiya"da ümumilidə 19 oyunda meydana çıxıb. 23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner