"Juninyo son dərəcə sürətli və əla bitiricidir. Bu keyfiyyəti ilə Avropanın istənilən liqasına uyğunlaşa bilər".
QOL.az xəbər verir ki, bu sözləri portuqaliyalı məşqçi Vitor Kampelos "Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya mümkün transferi ilə bağlı “Estadio Deportivo”ya açıqlamasında deyib.

Portuqaliyanın "Çavez" klubunda Juninyonun baş məşqçisi olmuş mütəxəssis qeyd edib ki, braziliyalı hücumçu "Sevilya"ya faydalı olar: "Bəzən oyunçular bu və ya digər səbəbdən sonradan daha yaxşı şansla üzləşirlər. Juninyonun 28 yaşı var və o, indi daha yetkindir. "Sevilya" azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər.
Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, hücumun dərinliklərində çox güclü və sürətli olmaqla yanaşı, komanda oyununu da yaxşı bacarır".
Kampelos Juninyonun "Sevilya"ya tez uyğunlaşacağına inandığını bildirib: "Bizim yaxın münasibətimiz var. Bir neçə gün əvvəl danışdıq və o, etdiyimiz bir çox söhbətləri hələ də xatırladığını söylədi. Soyunub-geyinmə otağında sakitdir, adətən yaxşı əhval-ruhiyyədə olur. Həmişə pozitivdir və hamı ilə yaxşı münasibətdə olur".
Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2028-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında "Çavez"dən (Portuqaliya) transfer olunub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video