"Sumqayıt" da qış planını açıqladı

"Sumqayıt" da qış planını açıqladı
ÖLKƏ FUTBOLU 24 Dekabr 2024 / 17:45 1647
-  A +

“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-də Sumqayıtda toplanacaq komandanın hazırlıqları “Kapital Bank Arena”da olacaq.

Vaqif Cavadovun komandası bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. 10 və ya 11 yanvar tarixində keçiriləcək qarşılaşmada rəqibin kimliyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, “Sumqayıt” 3-cü dövrənin ilk qarşılaşmasını yanvarın 18-də evdə “Səbail”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər