Misli Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
QOL.az futbolpress.az saytlna istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Yaxşı oyun alındı. Dinamika baxımından hər iki komanda hərəkətliydi. Ümumi götürəndə, qışa qədərki oyunlarımız arasında ən yaxşılarından biri idi. Amma məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra da çalışacağıq ki, üst pillələrdəki yerimizi qoruyaq.
– Ofsayd səbəbindən ləğv edilən qolunuzun təkrarına baxdınız? Sizcə, qərar haqlı idi?
– Mənim fikrim başqa cür yozulur, hakimlərin fikri də başqa. Keçən oyundakı epizodumuzda da bizim gördüyümüz 11 metrədir. Lakin onlar fərqli qərar verirlər. Bu, futbolda olan prosesdir. Barışmaq lazımdır. Bugünkü epizodumuz da qola oxşadı. Amma fərqli qərar verildi. Qərarlarına hörmətlə yanaşırıq.
– “Araz-Naxçıvan”ın nəticələri bir çoxları üçün gözlənilməzdir. Özünüz üçün də belədir?
– Heç kəs inanmasa da, bu komandanı mən yığmışam. Bunu edəndə də futbolçuların potensialına bələd idim. Oyun planında məhz bu komandanı istəyirəm, deyə bilmərəm. Çünki daha yaxşı ola bilərik. Ümid edirəm ki, fasilədən sonra oyunumuzu daha da artıracağıq.
– Qış hazırlığı ilə bağlı planlar necədir?
- Ölkə daxilində qalacağıq.
– Fasilədə yeni transferlər gözlənilir?
– Yeni futbolçular ola bilər. Güclənməyə həmişə ehtiyac olur.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə