"Hər kəsi təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi sona qədər dəstəklədilər".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunda "Sabah"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qələbə ilə bağlı fikirlərini bölüşərkən bildirib:
“Önəmli qələbə idi. Çoxdandır, bu qələbəni istəyirdik, bunun üçün çalışırdıq. Son 4 oyunda komandadan oyun baxımından razı idim. Bu oyunda da, həqiqətən, qələbəyə layiq idik. Çoxlu qol epizodlarımızı qaçırdıq, amma futbolçularım ruhdan düşmədilər. İkinci hissədə daha yaxşı, diqqətli oynadıq. Oyunçularım tapşırıqları yerinə yetirdilər".
Mütəxəssis gənc futbolçularının inkişafını Azərbaycan futboluna qazanc kimi qiymətləndirib: "Çox sevinirəm ki, gənc futbolçular artırır. Bu gün Azərbaycan futbolunun həmin oyunçuları qazanması bizim üçün böyük uğurdur. Qış fasiləsindən sonra çox çətin olacaq. Premyer Liqada qalacağımız xalın yarısını yığmışıq.
Bundan sonra davam edəcəyik. Rəqiblərimiz güclənir. Biz də çalışacağıq ki, güclənək. "Qarabağ"la 90 dəqiqə oynayan futbolçular bu gün meydanda idilər. Sona qədər mübarizə apardılar. Bəlkə də, oyunun 60-65-ci dəqiqələrində gücləri qurtarmışdı, amma xarakterləri məni sevindirdi. Qış fasiləsinə gedirik. Yaxşı təlim-məşq toplanışı keçirib, ondan sonrakı oyunlara baxacağıq".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə