Bu oyunu heç vaxt unutmayacaq

Bu oyunu heç vaxt unutmayacaq
DÜNYA FUTBOLU 5 Dekabr 2024 / 09:46 2118
-  A +

İngiltərə Premyer Liqasının 14-cü turunda "Everton"la keçirilən oyun "Vulverhempton"un futbolçusu Kreyq Doyson üçün olduqca uğursuz alınıb.

QOL.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi bu görüşdə 23 dəqiqə ərzində öz qapısına 2 qol vurub.

"Everton"un 4:0 hesabı ilə qalib gəldiyi matçda Doysonun ilk avtoqolu 49-cu dəqiqədə qeydə alınıb. O, matçın 72-ci dəqiqəsində yenidən öz qapısına qol vurub.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən ilin yayında "Vest Hem"dən "Vulverhempton"a keçib. O, bu mövsüm 12 oyunda iştirak edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner