Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk gün 3 matç keçirilib.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlib.
“Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib. Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq.
"Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkib. Görüş Naxçıvan komandasını 3:1 hesablı qələbəsi ilə bitib. 1/4 finalda onlar “Zirə” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaqlar.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı keçirilib. Əlavə vaxt da daxil olmaqla 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn "Sabah" 1/4 finala yüksəlib. Bu mərhələdə onların rəqibi “Sumqayıt” - MOİK cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək.
Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
18:00. “Turan Tovuz” - “Sabah” - 2:2 (Penaltilər seriyasında 1:3)
Qol: Aleks Souza, 28 (1:0), Con İrazabal, 45+8 (1:1), Otto Con, 113 (2:1), Neqoş Kupusoviç, 117 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu
16:00. “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1
Qollar: Ülvi İsgəndərov, 5 (1:0), Bernardo Dias, 21 (2:0), Sezar Meza Kolli (3:0), 66, Elmin Bayramov, 80 (3:1)
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”
15:00. “Qaradağ Lökbatan” - “Səbail” - 0:2
Qol: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"
4 dekabr
16:00. “Qəbələ” - “Qarabağ”
16:00. “Kəpəz” - “İmişli”
18:00. “Neftçi” - “Difai”
19:00. “Zirə” - “Şamaxı”
19:00. “Sumqayıt” - MOİK
1/4 finalda qarşılaşacaqlar
“Araz-Naxçıvan” / “Zirə” - “Şamaxı” cütünün qalibi
“Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi
“Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi
“Sabah” / “Sumqayıt” - MOİK cütünün qalibi
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu