Hazırda Türkiyə superliqa təmsilçisi "Eyüpspor"un baş məşqçisi olan Arda Turan dünən Superliqanın 13-cü turunda bir vaxtlar kapitanı olduğu "Qalatasaray"la qarşılaşıb.
QOL.az xəbər verir ki, İstanbulda keçirilən matçdan öncə yerli komandanın azarkeşləri klublarının yetirməsi olan Arda Turanı yüksək hörmət və gül-çiçiklə qarşılayıblar. Matç başlamazdan əvvəl fanatlar "Arda Turan oley" deyərək onu tribuna önünə çağırıblar. O, azarkeşlərə yaxınlaşaraq onların qarşısında təzim edib.
Qeyd edək ki, "Qalatasaray" - "Eyüpspor" matçı 2:2 hesabı ilə yekunlaşıb. Bu, Arda Turanın baş məşqçi kimi sabiq komandasına qarşı ilk oyunu olub.
Hazırda "Qalatasaray" 13 oyundan 35 xalla 1-ci, "Eyüpspor" isə 14 matçdan 23 xalla 4-cü yeri tutur.
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada