"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. İstəyirdik ki, yaxşı oyun oynayaraq qələbə qazanmaq. Birinci hissədə futbolçulardan tam razı qalmadım. Amma İkinci hissədə daha düzgün, aktiv oynadılar. Yaxşı atmosfer var idi. Həmişə deyirəm ki, Bu stadionda yaxşı futbol ab-havası olur. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".
Mütəxəssis fasilədə etdiyi əvəzləmələrdən də danışıb: "Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Birincini vərəqəni çox sadə epizodda aldı".
Q. Qurbanov futbolçusu Leandro Andradeyə verilən sarı vərəqədən də söz açıb: "Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. Onu heç danışdırmaq olmur. Sanki Elçin Məsiyev (dördüncü hakim - red.) də bunu qəbul etdi. Bəlkə də, normal qərar verildi".
O, futbolçuları Nəriman Axundzadə və Musa Qurbanlının oyununu da qiymətləndirib: "İkisi də pis çıxış etmədi. Nəriman qol vurdu. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, bəzi oyunçuları maksimum istifadə edə bilmirik. Belə bir komandaya qarşı və sürətli oyunda ikisindən də razı qaldım".
Mütəxəssis heyətdə edilən rotasiyalardan da danışıb: "Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidirlər. Avrokuboklar oyunlarından əvvəl daha çox plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. Bəzi oyunçular "Lion"la matçda çox yorulmuşdu. Hətta baxmayaraq ki, həmin oyunda Kevin Medinanın fiziki göstəriciləri ən yüksəkdə olanlardan idi, özünü yaxşı hiss edirdi deyə oynadı. Ya onu, ya da Bəhlul Mustafazadəni oyuna buraxmalı idim. Amma nəzərə alırıq ki, Bəhlul millidə də oyunlar keçirib. Ona görə onun üzərinə daha çox yük düşüb".
Q. Qurbanov qarşıda olan çoxsaylı oyunlardan da söz açıb: "Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq".
O, futbolçusu Şahruddin Məhəmmədəliyevin zədəsinin sağaıdığını qeyd edib: "Artıq 4-5 məşqdir ki, komanda ilə məşq edir. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, ondan mütləq istifadə edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda oynamasına şərait yaratmaq olar".
Mütəxəssis Azərbaycan kuboku çərçivəsində keçiriləcək "Qəbələ" ilə oyundan da danışıb: "Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq".
Alan Şirer qəza keçirdi
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti
Liqa 1-də qiyməti ən çox artan futbolçular
Argentina millisinin üzvü DÇ-2026-nı buraxacaq
Azərbaycanın U-21 millisi Portuqaliyaya 4 qolla uduzdu
78 yaşlı Hocson bu klubu çalışdıracaq
Azərbaycan - Portuqaliya oyununa “yüksək maraq” - Video
U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi
FİFA-dan Türkiyənin 2 klubuna transfer qadağası
Mbappe tarixi rekordun bir addımlığında
Qattuzodan qələbə şərhi
Almaniya millisindən kənarda qaldı
Ançelotti: "Biz məyus deyilik"
“O təklifi qəbul etmədim, arzum İngiltərədir” - Koxalski
Kosovonun tarixi uğuru, Priştinada atəşfəşanlıq - Video
Jurnalistin sualını təxribat adlandırdı
Pley-off-da finallar: nə vaxt və harada?
Fransa 10 nəfərlə Braziliyaya qalib gəldi
Pley-off-da finalçılar müəyyənləşdi - DÇ-2026
Gürcüstan İsraillə heç-heçə etdi
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər