“Matça yaxşı başladıq, erkən qol vurduq. Lakin sonradan rəqib hesabı bərabərləşdirdi. Bu da bizə bir qədər çətinlik yaradırdı. İkinci hissədə daha yaxşı oynadıq, qollarımızı vurduq və qalib gəldik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Ayron Qomis Misli Premyer Liqasının 15-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi ikinci hissədə daha inamlı təsir bağışlamalarına belə aydınlıq gətirib: “Fasilədə vəziyyətə düzgün reaksiya verib, lazımi qollar vurduq. Rəqib də yaxşı təsir bağışladı. Buna baxmayaraq, ikinci hissədə qollarımızı sıraladıq. Yaxşı qələbə qazandıq. Bu da məni çox sevindirir”.
“Zirə”yə bu yay qoşulan 25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib: “Liqada güclü komandalar var. Yaxşı performans göstərirlər. Müdafiədə aqressivlik, vurulan qollar, ümumilikdə hər şey yaxşı səviyyədədir. Çempionat barədə ancaq müsbət sözlər deyə bilərəm”.
Daha əvvəl İtaliyada “Salernitana”, Türkiyədə “Kasımpaşa” kimi klubların formasını geyinən A.Qomis hazırda “Zirə”də, Azərbaycanda olmaqdan məmnundur: “Bura gələrkən baş məşqçimizlə danışdım, mənə layihə təqdim olundu. Sonda da razılıq əldə etdik. Futbolçu olaraq karyeramda sadəcə yeni mərhələyə keçid etmək istədiyim üçün bura gəldim. “Zirə”də olduğum üçün şadam”.
Fransalı futbolçu həftə arası Bakıda UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Lion” (1:4) görüşündən də söz açıb: “Oyuna baxdım. “Qarabağ” böyük komandadır. Amma “Lion” Fransada ən böyük 5 kollektiv arasında göstərilir. “Qarabağ” çoxsaylı qol imkanları əldə etdi. Lakin şanslarından faydalanan tərəf “Lion” oldu. Ümumilikdə maraqlı görüş alındı”.
Sonda Qomis qeyd edib ki, hazırkı planları sırf “Zirə” ilə bağlıdır: “Təbii ki, gələcəkdə yenə də karyeramda dəyişiklik edə bilərəm. Lakin hazırda bütün fikrim “Zirə” ilə bağlıdır. Avrokuboklarda oynayıb, mümkün qədər çempionatda da komandamın yuxarı pillələrdə başa vurmasını istəyirəm”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?