“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Oyun çətin keçdi. Ağır komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, qalib gəldik. Bizim üçün önəmli o idi.
- Bu qələbə sayəsində üçüncü pillədən artıq 9 xal öndəsiniz...
- Komanda olaraq xal fərqini fikirləşmirik. Sadəcə hər oyuna qələbə üçün çıxırıq. Bu, bizim motivasiyamızdır. Onu pozmamalıyıq. Komanda olaraq ən böyük üstünlüyümüz də xalları, fərqi fikirləşməməyimizdir. Yalnız hər növbəti matçı düşünürük.
- Qarşıdakı həftə həm kubok, həm də çempionat oyunu var. Fiziki baxımdan çətin olmayacaq?
- Hazırlaşacağıq. Kubok matçında ola bilər ki, heyətdə rotasiya olsun. Amma biz hər iki turnirə ciddi yanaşırıq. Rəqibin fərqi yoxdur. Kubokda rəqibimiz 1-ci liqa təmsilçisi “Mingəçevir” olsa da, motivasiyamızı pozmayaraq, qalib ruhunu davam etdirməliyik.
- “Turan Tovuz”u məğlub etməklə həm də qış fasiləsinə minimum ikinci yerdə yollanmağı təmin etdiniz. Bu məqam komandada arxayınçılıq yaratmayacaq?
- Xal fərqi, ikinci yerdə, yaxud lider olmağımız barədə çox danışılır. Bu, diqqətimizi, motivasiyamızı poza bilər. Odur ki, turnir cədvəlinə, xal fərqinə fikir verməməliyik və fikir vermirik də.
- Artıq ardıcıl 4 oyundur start heyətində yer alırsınız. Demək olar ki, yeni komandaya artıq tam uyğunlaşmısınız?
- Uyğunlaşmaq prosesi həqiqətən də çox sürətli keçdi. Bundan baş məşqçimizin mənə olan güvəni böyük rol oynadı. Bilirəm ki, hazırda müəyyən çatışmayan cəhətlərim var. Onları da tezliklə aradan qaldırmalıyam. Xüsusən də fiziki durumumu yaxşılaşdırmalıyam.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır