"Sabah"ın yeni baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə açıqlama verib.
QOL.az xəbər verir ki, o, əvvəlcə yeni təyinatı və klub haqda danışıb: "Sabah"ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı keçəcək".
Mütəxəssis "Təklif almamışdan öncə "Sabah" barədə nə bilirdiniz?" sualıa belə cavab verib: "Murad Musayev uzun müddət "Sabah"ın baş məşqçisi olduğu üçün bu klubu onun sayəsində tanıyıram. Muradla münasibətim çox yaxşıdır, biz birlikdə oxumuşuq. O, "Sabah"da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədərdə çox deyil. Buna görə Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birincisi Murad Musayevlə diqqətimi çəksə də, sonradan "Sabah" bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Nümunə kimi kafe və "Sabah"ın fan-şopunun bir yerdə olmasını göstərə bilərəm".
V. Berezutski məşqçi işində vacib olan amilləri də qeyd edib: "Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum "Sabah"da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində, yəqin ki, ən vacib şey budur. Qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur. Bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm".
O, Bakı şəhərindən də söz açıb: "Bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünəm axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü".
Mütəxəssis "Sabah"ın azarkeşlərindən gözləntilərindən danışıb: "Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər".
V. Berezutski karyerası ərzində ən çox təsir edən məşqçiləri də qeyd edib: "Hər halda, yəqin ki, Slutskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub. Amma, əlbəttə ki, Slutskinin təsiri hamıdan çox olub".
Qeyd edək ki, Vasili Berezutski ötən gün “Sabah"ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdədir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?