“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 14-cü turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
- Bura qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq.
- Xal fərqinin artması sizi narahat etmir?
- Əlbəttə ki, bizi çox narahat edir. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var.
- Enişin qarşısını almaq üçün hansı planınız var?
- Oyunumuza eniş deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındır.
- Bəxtsizliyi necə aradan qaldırmağı düşünürsünüz?
- Bir çox oyunlarda fürsətləri dəyərləndirə bilmədik. "Qarabağ"la matçda 3 real şansımız var idi. "Zirə" və "Neftçi" ilə matçlarda da. Bu, futboldur. "Kəpəz"lə görüşdə yüz faizli epizodları vura bilmədik. Amma son saniyələrdə qapımızda qol gördük. "Mançester Siti" də 5 oyundur məğlub olur.
- Demişdiniz ki, itirdiyimiz xallarla bağlı film çəkmək olar. Sizcə, həmin filmin baş rolunda kim olmalıdır?
- Elə hamımız. Son 6 matçda 12 real qol şansımız olub, cəmi 6 qol vurmuşuq. Rəqiblərimiz isə 4 vəziyyətdən 8 qol vurub.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
"Qarabağ" yeni transfer edir? - Video
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
15 ildən sonra klubdan gedir
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video