"Futbolçularımı təbrik edirəm. Yaxşı əhval-ruhiyyə ilə çıxırıq oyundan. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə çox əziyyət verdilər. Nə xoş ki, qalib gəldik. Qələbələrə elə ehtiyacımız var ki. Bu gün də sevindik".
QOL.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, millimizin uğursuzluğundan danışıb: "Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxarı bilirəm ki, o futbolçular da biz çəkdiklərimizi çəkir. Bu, bizim millidir. Hamımız buna səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, inşallah ki, hamımız səmimi qəlbdən sevinəcəyik. Belə olmalıdır. Bir məşqçi kimi, istəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Nəinki fiziki, həm də psixoloji cəhətdən. Bu, mənim də oyunuma təsir edir. Ən azından bunu istəmərəm. Klubdan kənar danışsaq isə xalqımız adına da üzücüdür. Keçmiş olsun.
Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Nəyə bağlayaq ki, bu gün mən digər məşqçidən danışa bilərəm? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Bu vaxta kimi namizədləri gözdən keçirsəydik, Santuşun adını hamı, bəlkə də, birinci deyərdik. Ən azından təcrübəsinə görə. Müxtəlif fikirlər ola bilər ki, gənc və enerjili olmalıdır. Amma yenə azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır".
Mütəxəssis "millidən qayıdan Ramil Şeydayev və Rza Cəfərovu oyuna necə kökləndirə bildiniz?" sualına belə cavab verib: "Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Buna əminəm. Ən azından orada olan tərcüməçi Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər digərləri üzülüblər. Ona görə inanmıram ki, bizim millidə belə hallar olsun. Kökləmək isə çox çətin idi. Bu məğlubiyyətdən sonra birə beş işimiz artır. Amma bu, futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq. Onun peşakarlığı bir oyundan o biri oyuna keçmək bacarığıdır. Rza üçün də bu, təcrübə olmalıdır".
S. Abasov gələn turda "Qarabağ"la görüş haqda da söz açıb: "Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Mənim dövrümdə biz tam formalaşmış komanda deyilik. Həddindən artıq çox işləməliyik. Birinci olaraq, "Neftçi" adını qaytarmaq üçün futbolçular və mən çox çalışmalıyıq. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcəklər. Onlar üçün də həmin matç çox vacibdir. Bundan da çətin oyunlar olacaq".
O, bugünkü qələbənin futbolçuların istəyə bağlı olduğunu qeyd edib: "Faiz dərəcəsi ilə götürsək, istək öndə idi. Qol buraxandan sonra gördük ki, nə qədər qol vurmaq istəyirlər, bir-birilərinə dəstək verirlər. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır. Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?