Misli Premyer Liqasında 14-cü turun matçları davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə bitib.
Bu, "Neftçi"nin hazırkı mövsümdə və Samir Abasovun komandaya yenidən qayıtmasından sonra 2-ci qələbəsidir. "Zirə" isə ardıcıl 3 oyundur ki, məğlub olur.
Beləliklə, "Neftçi" turnir cədvəlində 13 xalla 8-ci, "Zirə" isə 20 xalla 4-cü yerdədir.
Qeyd edək ki, günün ilk oyununda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
14-cü tur
23 noyabr (şənbə)
19:00. “Neftçi” - “Zirə” - 2:1
Qol: Filip Ozobiç, 28 (1:0), İssa Cibrila, 51 (1:1), Emil Səfərov, 68 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev
“Neftçi Arena”
17:00. “Səbail” - “Qarabağ” - 0:3
Qol: Olaviyo Juninyo, 47, Aleksey Kaşuk, 66, Leandro Andrade, 88
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov
“ASCO Arena”
24 noyabr (bazar)
17:00. “Turan Tovuz” - “Sabah”
19:00. “Sumqayıt” - “Şamaxı”
22 noyabr (cümə)
“Kəpəz” - “Araz-Naxçıvan” - 0:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 13 | 11 | 1 | 1 | 35-6 | 34 |
| 2 | Araz-Naxçıvan | 14 | 10 | 3 | 1 | 19-10 | 33 |
| 3 | Turan Tovuz | 13 | 7 | 5 | 1 | 19-10 | 26 |
| 4 | Zirə | 14 | 6 | 2 | 6 | 19-15 | 20 |
| 5 | Sabah | 13 | 4 | 6 | 3 | 22-19 | 18 |
| 6 | Sumqayıt | 13 | 4 | 1 | 8 | 10-16 | 13 |
| 7 | Şamaxı | 12 | 3 | 4 | 5 | 10-15 | 13 |
| 8 | Neftçi | 14 | 2 | 7 | 5 | 13-20 | 13 |
| 9 | Səbail | 13 | 2 | 2 | 9 | 16-23 | 8 |
| 10 | Kəpəz | 14 | 2 | 1 | 11 | 10-35 | 7 |
Bombardirlər:
Felipe Santos ("Araz-Naxçıvan") - 7 qol
Cesse Sekidika ("Sabah") - 6 qol
Coy Lens Mikels ("Sabah") -5 qol
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir