Azərbaycan milli komandası 2024/25 mövsümü UEFA Millətlər Liqası yarışını uğursuz sonluqla başa vurdu. Portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv C liqasında yarışdığı qrupu 1 xalla sonuncu yerdə tamamladı. Beləliklə, milli növbəti mövsüm Millətlər Liqasında ən zəif 6 komandanın yarışacağı D liqasında mübarizə aparacaq.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının bundan sonrakı sınağı isə 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirakı olacaq. Tarixdə ilk dəfə 3 ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq yarışın final mərhələsinə Avropadan 16 komanda qatılacaq.
Püşkatma və oyunlar nə vaxdır?
Azərbaycan millisinin də oynayacağı DÇ-2026-nın Avropa seçmə mərhələsinə 2025-ci martında start veriləcək, 2026-cı martında isə pley-off oyunları ilə yekun vurulacaq.
Seçmə mərhələdə 12 qrup təşkil ediləcək. Hər qrupda 4 və ya 5 komanda iştirak edəcək. 5 komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq. Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla 2 oyun keçirəcək. Qrup mərhələsinə 2025-ci ilin noyabrında yekun vurulacaq.
Avropa zonasında seçmə mərhələnin püşkatma mərasimi dekabrın 13-də keçiriləcək. Həmin gün Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.
DÇ-2026-ya kimlər gedəcək?
Qrupun qalibi olan 12 komanda DÇ-2026-ya birbaşa vəsiqə qazanacaq. Digər 4 vəsiqə uğrunda isə qrupda 2-ci yeri tutmuş 12 komanda və Millətlər Liqasında ən yaxşı qrup lideri olmuş 4 komanda yarışacaq (əgər onlar seçmə mərhələdə 1-2-ci yeri tutmayıblarsa). Bu 16 komanda hər birində 4 komanda olmaqla 4 yola bölünəcək. 2026-cı ilin martında təşkil ediləcək pley-off yarışlarında hər yolda hər biri bir oyundan ibarət olan yarımfinal və final matçları təşkil olunacaq. Qaliblər DÇ-2024-ə son 4 vəsiqənin sahibi olacaqlar.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?