Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 5-ci turunda Estoniya ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Niyə qələbə qazana bilmədik?
- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sonda lazım olan qolu vura bilmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.
- D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq?
- Əlbəttə. D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil.
- Beş oyuna ərzində xal itkilərinin səbəbi nədir?
- Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Bu gün isə müdafiə xətti səhvsiz oynadı. Bugünkü matçda çatışmayan qol idi. Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdilər.
- Növbəti matçda da qapıda Rza Cəfərovu görəcəyik?
- Əminliklə deyə bilərəm ki, görə biləcəksiniz.
- Ramilin əvəzinə meydanda başqa futbolçunu görə bilərik?
- Bu gün Ramil pis oynadı? Bu, sizin fikrinizdir.
- Qol vura bilməmək problemini necə həll edəcəksiniz?
- Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu iki futbolçu milli üçün çox önəmlidir. Musa neçə vaxtdır oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda oynamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.
- AFFA rəhbəri olsaydınız, bu göstəricidən razı olardınız?
- Xeyr. Amma mən sırf bunun üçün dəvət edilməmişəm. Fikrimi bundan öncə daha ətraflı ifadə etmişəm. Bura gəlməkdə məqsədim odur ki, AVRO-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq.
- Bədavi Hüseynovun kornerlər zamanı cərimə meydançasına daxil olmamasının səbəbi nə idi?
- Bu bizim strategiyamızın bir hissəsi idi. Estoniya millisi İsveçlə son matçda 3 oyunçu ilə cərimə meydançasına daxil olub qol vurdular. Bu amili nəzərə alıb belə taktika seçdik.
- Gələcək üçün nəyə ümid etməliyik?
- Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedirlər. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir.
- Biz bu yolu keçmişik, amma nəticə olmayıb...
- Nəticə verməyibsə, digər yolu keçməliyik. Portuqaliya millisi Avropa çempionu olanda da bizim getdiyimiz yolu seçmişdik. Sizə Gürcüstan millisi haqda nümunə gətirim. 10 il əvvəl bu layihə ilə başlayıblar. Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, bir oyun qələbə qazanacağıq, bir oyun məğlub olacağıq.
- Növbəti mövsümdə San Marino, Cəbəllütariq kimi millilərlə oynayacağıq. Belə zəif rəqiblərlə qarşılaşmaq sizin dediyiniz layihənin həyata keçməsi üçün nə dərəcədə fayda verəcək?
- Millinin oyunları hər ay olmur. Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolustana qalib gəlib. Ən azından bu yadda qələbə kimi qalıb. Qarşıda bizim dünya çempionatını seçmə mərhələsi gözləyir. Orada da güclü rəqiblərlə qarşılaşacağıq.
- Futbolçularımız legioner həyatı yaşamağa istəkli görünmür. Bu yöndə onlarla söhbətiniz olur? Millimizin üzvlərini Avropa klublarına məsləhət görürsünüz?
- Əlimdən nə gəlirsə, onu da edəcəyəm. 10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdilər. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı. Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
"Qarabağ" yeni transfer edir? - Video
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
15 ildən sonra klubdan gedir
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video