Estoniya millisinin baş məşqçisi Yurgen Henn bu gün Qəbələ şəhər stadionunda mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasının 5-ci turunda sabah Azərbaycan ilə Qəbələdə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
- Uzun səfərin oyuna mənfi təsiri ola bilər?
- Xeyr, hər şey yaxşıdır. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim. Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi, Azərbaycanda hər şey yaxşıdır.
- İlk matçda Azərbaycana qalib gəldiniz. Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernandu Santuşu məğlub etdi. Bu qələbədən sonra ölkənizdə sizə münasibət necə oldu?
- Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın göstəricisidir. Əlbəttə, Fernandu Santuşa qarşı oynamaq mənim üçün böyük qürur idi.
- Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədir?
- Məncə, hər yerdə belədir. Hər komanda istəyər ki, daha yüksək liqada çıxış etsin. Aşağı liqaya düşsək, bizdə də faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizim qrup çətin idi. Həm biz, həm də Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi. Əvvəl-axır kimsə D Liqasına düşməlidir.
- Az öncə qeyd edildiyi kimi Azərbaycan mətbuatında D Liqasına düşmək faciə hesab olunur. Bu amil sizə müsbət təsir ola bilər?
- Həm müsbət, həm də mənfi tərəfi ola bilər. Ümid edirik ki, mənfi təsiri olmaz və həyəcan bizə mane olmaz.
– Komandanın sağlıq durumu necədir?
– Futbolçularımın hamısının durumu yaxşıdır. Sadəcə bir oyunçum sual altındadır. Bu təlim-məşq toplanışına 26 futbolçu cəlb etmişik. Bu da bizə kifayət qədər seçim imkanları verir.
– Bu təlim-məşq toplanışında nəyə fokuslanmısınız?
– Daha çox fərdi aspektləri analiz etmişik. Öncə komanda olaraq özümüzün nədə daha yaxşı olduğu üzərində təhlil aparmışıq. Həmçinin rəqiblərimizin hamısını izləmişik. Oktyabr və noyabr təlim-məşq toplanışına çağırılan heyətlər arasında fərq var idi. Yəni, oyun planıyla bağlı kifayət qədər görüləcək işlər var.
– Azərbaycan millisinə qarşı keçirdiyiniz ilk oyunda mənfi və müsbət məqamlar hansılar idi?
– İlk 20 dəqiqə komandam yaxşı çıxış etmədi. İlk növbədə bunu dəyişdirmək istəyərdik. Sabahkı oyunda məqsədlərimizdən biri budur. İkinci hissədə isə hər şey normal idi. Hesab edirəm ki, oyun planına sadiq qala bilsək, bizim üçün uğurlu olacaq.
– Sabahkı oyun birinci görüşdən nə ilə fərqlənəcək?
– Rəqibimiz sabah daha yaxşı çıxış etmək istəyəcək. Onlar evdə oynayacaq. Biz sabaha hazır olmalıyıq. Ancaq təkcə nəticə üzərində yox, həm də yaxşı performans göstərmək istəyirik.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev