Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhər stadionunda mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının 5-ci turunda sabah Estoniya ilə Qəbələdə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
- Mətbuat konfransının səhər saatlarında olmasının səbəbi nədir?
- Komandamızın dincəlmək üçün daha çox vaxtının olmasını istəyirik. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Yəni çox məşq ediblər. Ona görə də düşündük ki, məşq və mətbuat konfransı səhər saatlarında olsun və futbolçuların bərpa üçün daha çox vaxtı olsun.
- Dörd oyundan sonra komandamızın aktivində xal yoxdur. Bu nəticə sizin üçün nə qədər gözlənilən idi? Bu dörd oyuda komandada nə çatmadı?
- Oyunları təhlil edirik. Son iki matçda komandamız sözün əsl mənasında yaxşı oynadı. Oyunçularımız inkişaf edir. Estoniya ilə görüşdə də yaxşı oynadıq. Hər şey yolunda gedirdi, amma gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Çalışırıq ki, onları aradan qaldıraq. Slovakiya ilə matçda da komandamız yaxşı oynayırdı, amma 10 nəfərlə qaldıq və nəticədə uduzduq. Oyunçularım çox yaxşı məşq ediblər, çox istəklidilər. Qarşımıza məqsəd qoymuşuq. Oyundan-oyuna inkişaf edirik və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün cəhd edirik.
- Qrupu xalsız başa vursaq, reaksiyanız necə olacaq?
- Bu barədə bir neçə dəfə danışmışam. Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsəd odur ki, yaxşı heyət quraq. Elə bir şey əldə etmək istəyirik ki, bu günə qədər Azərbaycan millisi onu edə bilməyib. Bundan əvvəl də demişdim ki, 2027-ci ildə bunların hamısını təhlil etmək olar.
- Futbol ictimaiyyətinin düşüncələri heyəti seçərkən sizə təsir edirmi? Rüfət Abdullazadə də yığmaya dəvət olunacağı gözlənilən futbolçulardan idi. Onu izləyirsiniz?
- Mən bütün oyunları izləyirəm və bütün futbolçuları artıq tanıyıram. Hansı oyunçular komandaya kömək edə bilərsə, onları dəvət edirəm. Futbolçu seçimi ilə bağlı bütün qərarlar mənə aiddir və heç bir kənar müdaxilə mənim qərarlarıma təsir etmir.
"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər
“Liverpul”da qalmaqal
"Kəpəz" - "Şamaxı": Heyətlər
Dünyanın ən bahalı futbol akademiyaları
Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi
PSJ Enrike ilə bağlı qərar verdi
La Liqada ayın ən yaxşıları açıqlandı
Avrokuboklar tarixində yeni rekord
“Trabzonspor” səfərdə xal itirdi - Video
Ronaldo 961-ci qolunu vurdu
Superliqada 20-ci tur start götürdü