Toralın qolu Avroliqada ən yaxşı seçildi - Video

Toralın qolu Avroliqada ən yaxşı seçildi - Video
ÖLKƏ FUTBOLU 8 Noyabr 2024 / 16:21 9411
-  A +

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun "Bodo Qlimt"in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner