Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun AFFA-nın inzibati binasında mətbuat konfransı təşkil edilib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovu milliyə dəvət etməməsi ilə bağlı sualı cavablandırıb. O, Cənnətovun son çıxışnı bəyənmədiyini deyib:
"Bu, texniki qərardır. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim".
Santuş hücum xəttindəki çatışmazlıqlarla bağlı da danışıb: "Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə hansı materiallar varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərara alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. Məşqlər zamanı baxacağıq".
Portuqaliyalı mütəxəssis millidə gəncləşdirmə aparılması fikri ilə razılaşdığını qeyd edib: "Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsanız, görərsiniz ki, 25-dir. Bu toplanışa iki yeni gənc futbolçu də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram".
Santuş qapıçılar üzrə məşqçi Kamran Ağayevin millidən kənarlaşdırılacağı haqda yayılan xəbərlərə də münasibət bildirib: "Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Daha bir yerli məşqçinin təyinatı ilə bağl da işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir".
Santuş millimizin Estoniya ilə ev oyununu Qəbələdə keçirməsinin heç bir problem yaratmayacağını bildirib: "Artıq iki dəfə Qəbələdə olmuşam. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu, sadəcə olaraq bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 metr hündürlükdə oynayırlar, amma problem yaşamırlar".
Santuş "Növbəti iki oyunda da məğlubiyyətlər olsa, bunu necə qarşılayacaqsınız" sualını belə cavablandırıb: "Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?