La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi

La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi
DÜNYA FUTBOLU 28 Oktyabr 2024 / 21:21 475
-  A +

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.

QOL.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik  ən yaxşı adına layiq görülüb. 

Almaniyalı mütəxəssis səsvermədə Karlo Ançelotti ("Real") və İmanol Alquasili ("Real Sosyedad") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" La Liqada oktyabr ayında "Alaves" (3:0), "Sevilya" (5:1) və "Real"ı (4:0) məğlub edib.


Son xəbərlər