“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini deyib: "Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz "Qarabağ" idi. Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".
Mütəxəssis komandasının qapısına verilən penalti zərbəsi haqda da danışıb: "Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində cərimələr var, verilmir. Hərdən təzə qaydalar, təzə qaydalar deyirlər... Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbərimiz yoxdur. Çox da danışmaq istəmirəm".
A. Abbasov "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib ki, hakimlərin ədalətinə inanmıram. Ötən mövsüm də hakimliklə bağlı epizodlar çox olurdu, hətta hakimlərə etiraz etmişdiniz, görüşlər baş tutmuşdu. Bu mövsüm də elə görüşlərin təşkilinə ehtiyac var?" sualına belə cavab verib: "Hakimlər də səhv edə bilər. Onların üzərinə düşürük. Bəlkə, hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər.
Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. "Kəpəz"in "Turan Tovuz"la oyunudur, deyəsən. Paçu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxtlar dərhal penaltidir də. Bəlkə də qaydalar var. Yeni qaydalardı, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?