"Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdilər. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, çox qol epizodundan yararlanmayanda, qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün biz qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, amma ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan etibarən qarşıdan gələn rəqib haqda fikirləşəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Məgər "Sabah" yalnız "Neftçi" ilə oynamalıdır ki, qol buraxmasın? Onlarla görüşlərdə qol buraxmırsınız....
- Federasiyadan istəyəcəyik ki, qarşıdakı turda da rəqibimiz "Neftçi" olsun(gülür). Amma əmin deyiləm ki, bu mümkündür.
- Dörd oyundur ki, qələbə üzünə həsrətsiz. Özünüz üçün ağlamağa vaxtınız olmasa da, qələbəsizlik seriyası ilə azarkeşlərinizi ağladırsız. Seriyanın qırılmasına zaman lazımdır?
- Əlbəttə ki, bunlar futbolun bir parçasıdır. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. "Qarabağ"la oyundan başlayaraq belədir. Azarkeşlərə nə deyə bilərəm, heç kim qaranti vermir ki, biz hər oyunda qalib gələcəyik. Amma onlar komandamızın bir parçasıdır. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıda qalib gəlib birlikdə qeyd edəcəyik.
- Üç xalı əvəz edən məqam yaxşı oyun olsaydı, yəqin ki, turnir cədvəlində daha yuxarı sıralarda olardınız?
- Mən bayaq sadəcə zarafat etmək istəyirdim, təhqir yox. Əlbəttə ki, hər zaman yaxşı oynamaq lazımdır. Pis oynasan, xalları əldə edə bilməyəcəksən. Bu gün yaxşı hallardan biri də qapımızda qol görməmək idi.
- Avrokuboklar uğrunda mübarizə aparan heç bir komandaya qalib gələ bilməmisiniz. Avrokuboklar şansının təhlükədə olduğunu düşünürsünüz?
- Hələ yanvara qədər çox var. Mən yanvarı yox, yalnız sabahı fikirləşirəm. Yanvar çox irəlidədir. İndiyə qədər qazandığımız xallardan razı deyiləm, daha çoxuna layiqik. Amma oyunçularıma dedim ki, onlardan razıyam. Bu gün bəxtimiz gətirmədi. (sportal.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?