"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 11-ci turunda doğma meydanlarında "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda danışmaq çox çətindir. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdir. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundur. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərlə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə deyildi.
- Növbəti rəqibiniz "Kəpəz"dir. Həmin matç sizin üçün dönüş nöqtəsi olacaq?
- Əslində bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. "Kəpəz" 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdir.
- "Sumqayıt"la bağlı hansısa sindrom var, yoxsa onlarla oyunlarınız alınmır?
- Bəxtsizlikdir. Sanki bizi "qara basıb". "Sumqayıt"la oyunlarda heç cür bəxtimiz gətirmir. Böyük bir sindrom var.
- Ötən mövsümlə müqayisədə heyətlə bağlı problem görürsünüz?
- Bütün sahələr maliyyə ilə bağlıdır. 11-ci tura qədər maliyyədən şikayətlənmişəm? Olmayacaq da. Çox istərdim ki, ötənilki komanda qalsın. Həmin heyətə 3-4 transfer etməklə rahat şəkildə avrokuboklar üçün mübarizə aparardıq. Ancaq mən nikbinəm. Biz buradan çıxacağıq, daha yaxşı günlərimiz qabaqdadır. (sportal.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?