"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 11-ci turunda öz meydanında "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı, dinamik və mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydanda yaxşı iş görməyə çalışırdı. Komanda olaraq meydançada düşündüklərimiz var idi. Yaxşı oynadıq və 1 xal qazandıq. Yolumuza davam edirik.
- Penalti olmasaydı da, qol vuracaqdınız?
- Təzyiq göstərib qol vuracaqdıq, ya vurmayacaqdıq.... Məni sevindirən komandanın oyundan qopmamasıdır. Uduza da bilərdik. Oyunun təşkilində bunu yaxşı etdik.
- Bu mövsüm yalnız "Qarabağ"a uduzmusunuz. Məğlubiyyətsizlik seriyası komandadakı ab-havaya necə təsir edir?
- İlk turda "Qarabağ"a böyük hesabla uduzanda da, komanda olaraq çox panikaya düşmədik. Təcrübəli futbolçularımız var. Təzyiq altında oynaya biləcəklər. Bu, maksimumumuz deyil. Komanda olaraq daha rəngarəng ola bilərik.
- Oyunlarınızı qışdan sonra Naxçıvanda keçirsəniz, dolu tribunalar qarşısında oynamaq sizə necə təsir edəcək?
- Mənə təzyiq olmayacaq. Futbolçular azarkeş qarşısında oynamaq istəyəcəklər. Biz də öz azarkeşlərimizin önündə çıxış etmək istəyirik. 5-6-cı mətbuat konfransıdır ki, təkrar deyirəm. Mən çox istəyərdim ki, öz diyarımızda, Naxçıvanda oynayaq, bu sevinci Naxçıvan camaatı ilə bölüşək. Üzərimə nə düşürsə, onu edirəm. Yenə xahiş edirəm, rəhbərlik bizi Naxçıvana aparsın, ev oyunlarımızı orada keçirək.
- Bəs, futbolçular Naxçıvanda qalacaq?
- Sağlam kollektivimiz var. Naxçıvanda qalmaq futbolçulara təsir etməyəcək. Onlar da burada uğur qazanmaq istəyir. Uğur olan yerdə futbolçu hər şeyə hazırdır. Bizə o şəraiti yaratsınlar.
- 2-3 aya Qəbələ şəhər stadionu UEFA standartlarına uyğun hala gətirilirsə, 2 ildi Naxçıvan stadionu Premyer Liqa səviyyəsinə niyə hazır olmur?
- Hamımız bunu istəyirik. Siz də istəyirsiniz ki, komanda öz bölgəsində olsun. Müraciətim sırf rəhbərliyimizə deyil. Naxçıvan rəhbərliyi də bizə dəstək olmalıdır. Düşünürəm ki, bu komanda nə Elmarın, nə buradakı rəhbərliyindir. Bu komanda Naxçıvanındır. O bölgənin rəhbərləri də bizim üçün hansısa jestlər etməlidir. (sportal.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?