Zamiq oynadı, komandası xal itirdi

Zamiq oynadı, komandası xal itirdi
DÜNYA FUTBOLU 26 Oktyabr 2024 / 01:41 257
-  A +

Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Dinamo Tirana” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. 

Meydana start heyətində çıxan Zamiq görüşü əvəzolunmadan keçirib. 

Amil Yunanovun oynadığı “Bilis” isə öz meydanında “Teuta”ya 4:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı hücumçunun adı matçın protokoluna daxil edilməyib. 

Hazırda "Eqnatiya” 16 xalla 2-ci, “Bilis” isə 8 xalla 9-cudur. 


Son xəbərlər
25.10.24  14:10

"Bayer"də ciddi itki