“Qarabağ” qırmızı vərəqə alana qədər əla oynadı. Oyuna da çox yaxşı başlamışdılar. Meydanın eninə çox gözəl açılırdılar. Ötürmələr də yaxşı idi”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadov deyib.
“Qarabağ”ın ötən gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Ayaks”a Bakıda uduzduğu (0:3) matç haqda danışan 77 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu azlıqda qalmasa, rəqibi üstələyərdi:
“Biz gözləyirdik ki, bu dəqiqə “Qarabağ” qol vuracaq, amma Romao elə səhv etdi ki, özünə yaraşmadı. Əfsuslar olsun ki, elə bir səhv etdi və qırmızı vərəqə aldı. Hakim də haqlı idi. Amma ilk qolda hakimlə mübahisə edə bilərəm. Çünki “Ayaks”ın futbolçusu Marko Yankoviçə qarşı kobud oynamışdı.

Bunlara baxmayaraq, “Qarabağ” 10 nəfərlə də qol epizodu yaratdı. Mən düşünürəm ki, “Qarabağ” 11 nəfərlə oynasa idi, sözsüz ki, “Ayaks”ı üstələyərdi. Çünki “Qarabağ”ın oyununda yaxşı dinamika var idi, futbolçular tez-tez yerlərini dəyişirdilər. Cinah müdafiəçilərimiz hücumda çox aktiv idi. Bütün bunlara görə rəqibdən üstün idilər. Təəssüf ki, qırmızı vərəqəyə görə planlar pozuldu. Avrokubok oyunlarında 10 nəfərlə mübarizə aparmaq çox ağırdır".
A.Mircavadov “Qarabağ”ın qarşıda 5 oyunu olduğunu xatırladıb və qeyd edib ki, hələ heç nə itirilməyib. “Evdə iki oyunumuz qalıb. Səfər matçlarında da xal qazanmalıyıq. Əgər pley-offa düşmək istəyiriksə, səfər matçlarında da sərfəli nəticə əldə olunmalıdır. Məncə, hələ heç nə itirilməyib. “Qarabağ” toparlana bilər. Bunu əvvəlki illərdə də görmüşük”.
A.Mircavadov “Qarabağ”ın Avropa Liqasındakı məğlubiyyətlərdən sonra çox tənqid olunmasına da münasibət bildirib: “Tənqid var ki, ağıllı formada olur. Bunların ziyanı yoxdur, əksinə lazımdır. Tənqid də var ki, ağızlarına gələni danışırlar. Hər nəticə baş məşqçinin adına yazılır. Tənqid də peşəkarcasına olmalıdır. Təbii ki, sağlam tənqiddən dərs çıxarmaq lazımdır. Gəlin açıq danışaq. Bizim çempionatımız zəifdir. “Qarabağ” il ərzində çempionatda cəmi 4-5 təzyiqli oyun oynayır. “Sabah”, “Neftçi” və “Zirə” ilə görüşləri nəzərdə tuturam. Digər klublar məndən inciməsin. “Qarabağ”a təzyiq edə bilmirlər. Oyunçular motivasiyanı yerli çempionatdan almalıdır. Azərbaycan çempionatının səviyyəsi də məlumdur. “Qarabağ” bu yerə gəlib çıxıbsa, böyük hünərdir. Burada komandanın, məşqçi korpusunun böyük əməyi var. “Qarabağ” adı Avropada tanınır. Ən əsası isə odur ki, “Qarabağ” indiyədək keçirdiyi 3 matçda oyunu ilə heç kimə uduzmayıb. Əsas məsələ budur. Qol vurmaqla və qırmızı vərəqələrlə bağlı problemləri var. Məşqçi korpusu bu haqda düşünməlidir. Bilirəm ki, bunun üzərində işləyirlər, orada böyük bir məşqçi korpusu var”.
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq çalışdırıcısı keçmiş komandasının yeni oyunçulara ehtiyacı olduğunu da vurğulayıb: “Hazırda əldə olan futbolçular bunlardır. Ümid edək ki, qışda yeni oyunçular gələcək. Çünki yeni gücə ehtiyac var. Ən əsasl yerli futbolçular inkişaf etməlidir. Əfsuslar olsun ki, hələ bunu görmürük. Mən bunu Musa Qurbanlıdan, Nəriman Axundzadədən gözləyirəm. Onlar artıq stabil oynamalı və öz sözlərini deməlidirlər. “Qarabağ”a əlavə güc lazımdır. Bunu deməyin mənası yoxdur, məşqçi korpusu yaxşı bilir”.
Ramiq Ağaməmmədov
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?