“Epizodların çoxu mübahisəli deyildi. Qapımıza verilən penalti də düz idi, hər iki qırmızı vərəqə də”.
Bu sözləri QOL.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov deyib.
Keçmiş referi Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən “Qarabağ” – “Ayaks” matçının (0:3) hakimliyi ilə bağlı danışıb. O, şotlandiyalı hakim Nikolas Uolşun rəqibin ilk qolunda “Qarabağ”a qarşı sərt qərar verdiyini bildirib:
“Qarabağ”ın qolu sayılmadı ki, o da düz idi. Çünki oyundankənar vəziyyət var idi. Onların vurduğu ilk qolu isə hakim saymaya bilərdi. Məncə, başqa hakim olsaydı, fərqli qərar verərdi. Çünki rəqib futbolçusu “Qarabağ”ın oyunçusu Marko Yankoviçə qarşı kobudluq etmişdi. Düzdür, Yankoviç də rəqibi tuturdu, mübarizə idi, amma hakim istəsə, çox rahatlıqla “Qarabağ”a qarşı qayda pozuntusunu qeydə ala bilərdi. Referi bizə qarşı çox sərt idi. Eyni epizodlarda “Qarabağ”ın əleyhinə, “Ayaks”ın lehinə qərarlar verirdi. Hakim özünü hollandlara, “Ayaks”a göstərirdi.
Ümumilikdə hakimin rəqibə bir az simpatiyası hiss olundu. Bizə qarşı isə çox sərt idi. Görünür, “Ayaks”ın nüfuzu hakimlərə də təsir edir. Qurban Qurbanovun çox yaxşı bir sözü var: “Klub olaraq böyüməliyik”. Bəli, böyüməliyik ki, bizimlə də hesablaşsınlar. Ümumilikdə Yankoviçin epizodundan başqa, hakimin digər qərarları düz idi. Təbii ki, xırda səhvləri nəzərdə tutmuram. O səhvlər hər oyunda olur”.
X.Məmmədov məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın yaxşı oyun göstərdiyini bildirib: “Qarabağ” hətta 10 nəfərlə də çox əla oynadı. Amma onsuz da “Ayaks” fiziki cəhətdən “Qarabağ”dan güclüdür. Üstəlik futbolçu sayında artıq olandan sonra çox rahat oynadılar. “Qarabağ” əlindən gələni etdi və pis oynamadı”.
Ramiq Ağaməmmədov
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?