“Oyuna yaxşı hazırlaşmağımız üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbi matçının məsuliyyətini anlayırıq”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Paçu Lira Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"la keçiriləcək oyunqabağı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı hücumçu hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində səylə çalışdıqlarını bildirib. Əlavə edib ki, gərgin oyun olacaq: “Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir”.
Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Qərb derbisinin özü üçün fərdi planda prinsipiallıq daşımadığını qeyd edib: “Növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə olaraq matçın prinsipial statusda olduğunu deyə bilərik. Biz meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mən mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 19:00-da başlayacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü