Niderlandın NOS agentliyi UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda bu gün keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu öncəsi Ağdam klubu haqda yazı hazırlayıb.
QOL.az xəbər verir ki, yazıda əvvəlcə “Qarabağ”ın təmsil olunduğu Ağdam şəhərinin Ermənistan odusu tərəfindən işğal olunması nəticəsində klubun uzun müddət çətinliklə fəaliyyət göstərməsi qeyd olunub. Həmçinin yazıda “Qarabağ”ın niderlandlı sabiq futbolçusu Leroy Çorcun fikirlərinə də yer verilib.
Yazıda qeyd edilir: "Ayaks" bu axşam avrokuboklarda 10 ildir ki, adından söz etdirən “Qarabağ”la qarşılaşacaq. Klub Qarabağ bölgəsində uzun müddətdir davam edən münaqişə nəticəsində doğma Ağdamdan uzaq dəşərək paytaxt Bakıda məskunlaşıb. Bir vaxtlar əhalisinin sayına görə Vaqeninqenlə (Niderlandda şəhər – red.) müqayisə oluna bilən Ağdam indi xəyallar şəhəridir.
Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da oynayıb və komandanın uğur hekayəsinin yaranma mərhələsini yaşayıb. Hücumçu klubun o vaxtdan indiyə qədər nə qədər irəli getdiyini bilir. Corcun "Qarabağ"da çıxış etdiyi ilk aylarda klubun hələ paytaxtda öz bazası yeri yox idi. Məşq üçün müxtəlif meydançalara üz tuturdular. “Həqiqətən həftəlik proqram yox idi. Harada və nə vaxt məşq edəcəyimiz çox vaxt qeyri-müəyyən idi” – deyə Leroy Corc açıqlamasında bildirib.

2013-2015-ci illərdə “Qarabağ”da çıxış edən Leroy Corc komandanın avrokuboklarda azarkeş dəstəyinin möhtəşəm olduğunu, yerli çempionatda isə bunun tam əksi baş verdiyini bildirib: "Biz avrokubok matçlarını 20-30 min tamaşaçı qarşısında oynayırdıq. Bu oyunlarda atmosfer əla olurdu. Yerli çempionatda isə 100-dən çox insan olsa, sevinərdik. Bunun necə mümkün olduğunu soruşdum. “Kaş biləydik” dedilər”.
L.Corc “Qarabağ”ın irəli getməsində baş məşqçi Qurban Qurbanovun böyük əməyi olduğunu bildirib: "O, komandaya vaxtilə çatışmayan nizam-intizamı gətirdi. Onun aydın baxışı var idi. Bu, klubun sürətlə böyüməsinə imkan verdi. Qurban Qurbanov komandasını həmişə, hətta kağız üzərində daha güclü sayılan rəqiblərə qarşı da hücum planı ilə meydana çıxarıdı”.
Komanda Avropa Liqasında da Corcun qeyd etdiyi kimi, hücum futboluna üstünlük verir. “Qarabağ” ilk iki maçtda (“Tottenhem” – 0:3, “Malmö” - 1:2) məğlub olsa da, hər iki oyunda daha çox topa sahib olub və qapıya rəqibdən daha çox zərbə endirib..
Leroy Corc “Ayaks”la oyunda da gedişatın fərqli olmayacağını deyib: "Qurbanov heç vaxt komandasının pərakəndə oynamasına imkan verməz və "Qarabağ"ın açıq futbol oynamasına imkan yaradacaq. "Ayaks"ın Bakıda asanlıqla qalib gələcəyini düşünməyin".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də başlayacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?