“Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Amma çəkinəcək bir şey yoxdur. "Ayaks" yaxşı komandadır, çox ağıllı futbol oynayırlar. Biz onlara qarşı mübarizə aparacağıq, amma bəzi şeyləri də öyrənəcəyik. Biz bundan utanmırıq, çəkinmirik.Bu cür klubun Bakıya gəlməsi nəticədən asılı olmayaraq bizim üçün avantajdır. Sabah çalışacağıq ki, öz oyunumuzla azarkeşlərimizi razı salaq”.
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah "Ayaks"la (Niderland) keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Zədəlilərlə bağlı problem var?
- Marko Veşoviç və Mateus Silva oynamayacaq. Müalicələri davam edir.
- Marko Yankoviçin mətbuat konfransında iştirak etməsindən hiss olunur ki, sabah əsas heyətdə olacaq. Onun kimi bir futbolçunun oynaması sizə nə dərəcədə rahatlıq verir?
- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərə bilsə, sabah heyətdə olacaq. Dəfələrlə demişəm ki, futbolçularımızın sağlamlıq durumu mənim üçün çox önəmlidir. Çünki futbolçu sağlam olanda tapşırıqlarımızı da düzgün icra edir. Bütün futbolçular bir yerdə məşq edəndə bunun bəhrəsini görürsən. Zədəli futboçular olanda heç cür oyun keyfiyyətimizi yaxşılaşdıra bilmirdik. Yankoviç komandamızın əsas üzvlərindən biridir. Onun sağlam olması, bizimlə birgə olması hamımızı sevindirir. Bundan razıyam.

- Qapıçı mövqeyi hamını narahat edir. Son vaxtlar "Qarabağ"ın qapıçılarının səhvlər etməsi sizi də narahat edirmi?
- Düzü məni narahat etmir. Çünki mənim üçün oyunçunun işinə məsuliyyətlə yanaşması daha vacibdir. Hər iki qapıçımız tam məsuliyyətlə çalışır, əlindən gələni edir. Ola bilər ki, əvvəllər üzərlərində məsuliyyət az idi, tam formada deyildilər. Bizim tələblərimiz əvvəl onların üzərində olmayıb. Bu gün hər bir oyunçumdan razıyam, hər iki qapıçıya güvənirəm. Onlar kollektivə sadiq və işlərində məsuliyyətlidirlər. Məncə, narahatlığa səbəb yoxdur. Qarşıdakı oyunlarda özlərini yaxşı tərəfdən göstərəcəklər. Özünüz də bunu görəcəksiniz. Bu gün onlara inamım böyükdür.
- Aleksey Kaşukun hazırkı fiziki durumu necədir? Sabah meydana çıxa bilər?
- Pis deyil, amma mən hələ tam razı deyiləm. Onu da anlayıram. Çünki uzun müddətdir oyunlardan uzaq qalıb. Hər gün öz potensialını açır. Ona inamımız çoxdur. Bu gün tam deyə bilmərəm ki, “Ayaks”la oyuna nə qədər hazırdır. Amma lazım olsa, ondan da istifadə edəcəyik. Onun oyun fəlsəfəsinə, texnikasına ehtiyacımız ola bilər.

- “Qarabağ” və “Ayaks”ın keçmiş futbolçusu Raydell Pupon açıqlamasında bildirib ki, Qurban Qurbanov həddən artıq tələbkardır, hətta gecə klublarında xüsusi adamları var ki, futbolçulara nəzarət etsin.
- Klubda ən məsuliyyətli şəxs mənəm. Çünki məndən çox şey asılıdır. Biz təbii ki, tələbkar olmalıyıq. Amma bunu elə formada edirik ki, futbolçu küsməsin. Biz futbolçunu başa salırıq ki, bəzi halların ona hansı ziyanı ola bilər. Mənim elə də ətrafim yoxdur ki, gecə klublarında olsun. Yəni mənim ətrafım elə yerlərə getmir. Pupon çox maraqlı insan idi. Gələndə çəkisi çox idi. Amma sonradan buna fikir verdi. Hər bir halda biz futbolçuların şikayətini eşidirik. Bəzən yorğun olduqlarını deyirlər. Amma müəyyən müddətdən sonra anlayırlar ki, bəzi tələblər onların ilboyu formada olması üçün çox faydalıdır. Bu gün gənc futbolçuları yoldan çıxarmaq çox asandır. Ona görə də intizamlı olmalıdırlar. Bu tələblər olmasa, yaxşı nəticə əldə etmək olmaz. Mən görürəm ki, futbolçular futbola daha çox vaxt ayırırlar, nəinki öz ailələrinə. Bizim tələbimiz həmişə çox olmalıdır. Mən futbolçularıma qarşı nə qədər sərt olsam da, onlarla həm də dostam. Onların yanında olmağa hazıram. Futbolçularım da məni çox istəyir və bilirlər ki, onların yaxşılığı üçün çalışıram. Onların uğuru üçün ən çox çalışan və bunu ən çox istəyən şəxs mənəm.
- Rəqiblər bəlli olanda azakeşlər “Qarabağ”ın pley-off-a düşəcəyini gösləyirdi. Ancaq hazırda komandanın xalı yoxdur. Bu durum sizi nə dərəcədə narahat edir?
- Yeni format bir az fərqlidir. İlk iki oyundan sonra fikir bildirmək olmaz. Elə formatdır ki, 4-5 xalla da pley-offa vəsiqə qazanmaq olar. Mənim fikrimcə, əvvəlki format daha rahat idi. Bu formata uyğunlaşmaq lazımdır. Deməzdim ki, bu duruma görə narahat deyilik. Çünki xalımız yoxdur. Amma qarşıda hələ 6 oyunumuz var. Qarşıdakı oyunlarda xallar qazanmağa çalışacağıq. Biz pley-offa çıxsaq, uğur olar. 16-17 ildir ki, “Qarabağ”dayam və hər an məndə narahatlıq var.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?