Bonuççi millidə məşqçiliyə başladı

Bonuççi millidə məşqçiliyə başladı
DÜNYA FUTBOLU 22 Oktyabr 2024 / 17:16 1563
-  A +

İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi məşqçiliyə başlayıb.

QOL.az xəbər verir ki, bu ilin may ayında futbolçu karyerasını başa vuran 37 yaşlı veteran oyunçu İtaliyanın U-20 milli komandasında çalışacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bonuççi U-20-nin baş məşqçisi Bernardo Korradinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Leonardo Bonuççi İtaliya millisinin heyətində 121 matçda iştirak edib və 8 qol vurub.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner