"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq

"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq
DÜNYA FUTBOLU 22 Oktyabr 2024 / 15:42 670
-  A +

Türkiyənin "Fənərbaxça" və Rusiyanın "Zenit" klubları yoldaşlıq matçında üz-üzə gələcək.

QOL.az xəbər verir ki, bununla bağlı məlumatı İstanbul klubunun mətbuat xidməti yayıb.

Oyun milli komandaların Millətlər Liqasındakı matçları zamanı yerli çempionatda yaranacaq fasilə zamanı - noyabrın 15-də "Şükrü Saracoğlu"da keçiriləcək.


Son xəbərlər
21.10.24  09:57

"Turan Tovuz"dan rekord