Mert Günok "Qalatasaray"la oyunu buraxacaq

Mert Günok "Qalatasaray"la oyunu buraxacaq
DÜNYA FUTBOLU 22 Oktyabr 2024 / 00:30 2284
-  A +

“Beşiktaş”ın qapıçısı Mert Günok zədələnib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Superliqanın 9-cu turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Lion"a (Fransa) və 4 gün sonra Superliqada “Qalatasaray”a qarşı matçları buraxmalı olacaq.

Qeyd edək ki, Günok bu mövsüm “Beşiktaş”ın heyətində 12 görüşdə meydana çıxıb və 13 qol buraxıb. O, 5 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner