Neymar 1 illik fasilədən sonra meydana çıxdı

Neymar 1 illik fasilədən sonra meydana çıxdı
DÜNYA FUTBOLU 21 Oktyabr 2024 / 22:23 1277
-  A +

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.

QOL.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının 3-cü turunda “Əl-Ayn”la (BƏƏ) oyunun 77-ci dəqiqəsində meydana daxil olub.

Qarşılaşma "Əl-Hilal"ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib. Kluba qoşulduqdan sonra Neymar cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
21.10.24  09:57

"Turan Tovuz"dan rekord

21.10.24  09:40

Samir Abasovun 30-u