"Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Oyunun əvvəlində gözlənilməz oldu ki, bəzi oyunçular passiv başladılar. Rəqibə üstünlük verdik, rəqib qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Amma bunu qola çevirə bilmirdik. Yüz faizli qol imkanları yarada bilmirdik”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turunun "Sabah"la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O deyib ki, “Sabah" çox yaxşı, usta komandadır:
- Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. "Sabah" kimi komandanı üç xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu.
- Meydana ehtiyatdan çıxan oyunçular matçın taleyini həll etdi. Ehtiyat qüvvə yetərincədir?
- Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz daha yaxşı idi, rəqibdə itkilər vardı. İkinci hissədə hücumameyilli oyunçuları meydana saldıq. O hücumu qurmaq çətin idi, amma futbolçular ustalıqla davrandılar. Bu gün rəqibdən daha geniş heyətimiz var idi. Bu, həlledici oyun idi.
- Rafael Utziqdən razı qaldınız?
- Apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, bizim əsas qol silahımızdır. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu.
- Giorgi Papunaşvili haqda fikriniz necədir?
- Oyundan əvvəl planımız odur ki, 60-cı dəqiqədə meydana daxil olacaq. Zədəyə görə 4 ay oynamayıb. Amma çox istəklə işləyir. Bəzən ehtiyat edirəm ki, addım-addım gedək və uzunmüddətli zədə almasın. Çıxışından razıyam. Məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı da qol vurdu. Ondan razıyam.
- Son günlər milli məsələsi çox müzakirə olunur. İlqar Qurbanov bildirib ki, milliyə tapşırıqlar oyunçu dəvət olunurdu...
- İzləyirəm. Bu sual bütün məşqçilərə verilib. Elə mövzudur ki, bu sualı bir cavabla cavablandırmaq asan deyil. Qurban Qurbanova da sual veriblər. Son illərdə ən uğurlu, ən ədalətli milli periodu onun o dövr idi. Ona da sualın ünvanlanması mənə qəribə gəldi. İlqar Qurbanovun iddialarının detallarına varmaqdan ötrü, ona sual vermək lazımdır. Ehtimal edirəm, hansı məqamları gözünün qabağında canlandırıb və bu fikri səsləndirib. Onun bu fikrini əsas götürüb bütün məşqçilərə eyni sualı ünvanlandırmaq düzgün deyil. Periodik olaraq milliyə dəvət olunanlar birmənalı qarşılanmırdı. İnanmıram ki, sırf sifariş, zəng olsun ki, filan oyunçunu oynat. Bəzi məşqçilər təzyiq altında istəmədiyi qərarlarda qalır. Suallar çox olub. Elə mövzudur ki, gərək 1-2 saat analiz edəsən, 2010-da kim dəvət edildi, hansı məşqçinin dövründə kim dəvət olundu. Kim milliləşdirildi? Sonra lazım olmadı? Daha geniş yanaşılsa, daha düzgün olar.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?