Balotelli ilə danışıqlar gedir

Balotelli ilə danışıqlar gedir
DÜNYA FUTBOLU 19 Oktyabr 2024 / 13:46 1476
-  A +

İtaliya millisinin sabiq üzvü Mario Balotelli yenidən A Seriyasına qayıtmağı planlaşdırır.

QOL.az "Tuttosport"a istinadən xəbər verir ki, “Cenoa” 34 yaşlı hücumçu ilə danışıq aparır.

Klub rəhbərliyinin italiyalı forvardın keçidində maraqlı olduğu bildirilib.

Qeyd edək ki,  Mario Balotelli İtaliyanın “İnter”, “Milan”, “Breşiya”, “Monza”, “Lumezzane” kimi klublarında oynayıb. Onun son klubu “Adana Demirspor” (Türkiyə) olub.


Son xəbərlər