Biri var idi, biri yox idi...
Ötən gün Azərbaycan millisi Millətlər Liqasının 4-cü turunda Slovakiyaya uduzdu. Daha doğrusu, Slovakiyaya da uduzdu. Milli geridə qalan 3 turda da məğlub olmuşdu, axı. Əvvəlcə İsveçə, sonra Slovakiyaya, sonra da Estoniyaya.
Nağıl kimidir. Özü də, qorxulu nağıl. Bu nağılın "qəhrəmanlar"ı adamı məyus edir, heyrətləndirir, dəhşətə gətirir.

Nağılı danışanlar...
AFFA rəhbərliyinin hər yeni baş məşqçi təyin olunanda verdiyi vədlər, planlar insanın qulağına pıçıltı kimi gəlir. Sanki adam yuxuya gedir. Amma bu vədlər xam xəyallardan başqa bir şey deyil ki, deyil.
Hər əcnəbi mütəxəssis təyin olunanda başlanğıc da eyni olur, gedişat da, sonluq da. Dəyişən nədir? Sadəcə hesabdakı rəqəmlər, uduzduğumuz rəqiblər. Amma deyəsən, ən çox Santuşların, De Byazilərin aldığı məvaciblərdə rəqəmlər dəyişir. Xariqələr yaradacaqlar axı.
Məşhur mütəxəssis (şübhəli) Fernandu Santuş da millimizə baş məşqçi təyin olunanda yığmanın mentalitetini dəyişəcəyini, yeni işlər görəcəyini, komandaya qələbə qazanmağı öyrədəcəyini deyirdi... Hələ ki, Santuş heç nə öyrədə bilməyib. Amma Azərbaycan millisi Santuşa uduzmağın yeni sirlərini öyrədib.
Kim yatmış, kim oyaq? Hamı yatıb, Cırtdan oyaq...
Başda AFFA olmaqla hamı yatıb. Necə dəyərlər, fil qulağında. Ya da bəlkə, elə hamını yuxuya vermək istəyən onlardır?
Bircə oyaq olan bəzi jurnalistlər və azarkeşlərdir. Deyəsən, futbolumuzun başbilənləri jurnalistləri və azarkeşləri Cırtdan gözündə görürlər. Çünki bu qədər insanın fikirləri, analizləri onlar üçün heç nədir elə bil. Axı, jurnalistlərin, azarkeşlərin bar-bar bağırdığı, əvvəldən proqnozlaşdırdığı nəticələri niyə AFFA rəhbərliyi, Santuşu o vəzifəyə gətirənlər görə bilmir?
Məsələ Santuşla da bitmir... Bizim milli futbolçularımızın, bu komandanın qürurunu daşıyan oyunçularımızın sayı indi heç 11 nəfərə də çatmır. Təəssübkeş oyunçularımız xeyli azalıb. Bu ölkədən 44 gün ərzində qeyrətli 3 mindən çox şəhid çıxdı, amma onillər ərzində 11 nəfər başıpapaqlı futbolçu çıxmadı.
İt hürən tərəfə gedək, yoxsa işıq yanan tərəfə?..
Görünür, futbolumuz hələ it hürən tərəfə gedir. Bəs işıq yanan tərəf? Bizim yolumuzda işıq yanmır. Ancaq o halda yanar ki, sözün əsl mənasında azyaşlı futbolçulara diqqət ayrılsın, onları yetişdirmək istəyənlər olsun. Hazırkı durumda futbolun inkişafı üçün 1 addım atılsa, bu addımın nəticəsini ən az 10 il sonra görə biləcəyik.
Yalnız millinin məsuliyyətini dərk edəcək futbolçularımız ortaya çıxacağı və komandaya Azərbaycan adının əhəmiyyətini dərk edən bir mütəxəssis təyin olunacağı halda o işıq yanacaq.
Nağılımızın dəhşətli sonluğu isə yaxındır - D Liqası!
Göydən 3 alma düşdü... 3-ü də işığımızı söndürənlərin başına...
Nur Zeynalova
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı