"Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə ilə azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlikdən danışmayacağam. Hər tur danışmaq bir az pis olur.
- Konatenin qırmızı vərəqə aldığı epizod oyun epizodu idi?
- Bilmədim cəriməyə görə idi ya yox. Hakimə etiraza görə verilibsə, düzdür. Amma ondan qabaq qayda pozuntusunun olub-olmadığına baxmaq lazımdır. Nə olursa-olsun hakimin qərarından sonra etiraz etmək olmaz.
- "Turan Tovuz"la matçda komandanız daha istəkli idi. Bu, rəqiblə bağlıdır?
- Xeyr. Bilirdik ki, "Səbail" bizə qarşı aqressiv olacaq, xal qazanmaq istəyirlər. Səfərdə oynayırdıq. Adil Nağıyev həftə içi zədəli idi, məcburiyyətdən onu oynatdıq. Oyun olacaq ki, tam istədiyimiz kimi alınacaq, oyun da olacaq ki, alınmayacaq. Amma bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov