"Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini gözləyirdik. Çünki rəqib xal itirmək, biz isə evdə məğlub olmaq istəmiridik".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 8-ci turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, Şamaxıda qeydə alınan 2:2 hesablı bərabərliyi belə şərh edib: "İlk 15 dəqiqədə fərdi səhvdən qol buraxandan sonra komandada həyəcan oldu. Daha sonra üstünlük bizə keçdi. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Rəqibdən çəkinməməliyik. Son dəqiqələrdə qol buraxmaq futbolçulara pis təsir edir. Amma 1 xal da xaldır. Növbəti oyuna hazırlaşacağıq".
A.Abbasov matçın startında komandasının oyununun alınmaması ilə bağlı da danışıb: "Rəqibin əvvəlcədən dediyimiz, məşqlərdə hazırlaşdığımız hücumundan qol buraxdıq. Bundan sonra futbolçular tələsirdi. Sanki oyunun sonuna az qalmışdı. Buna görə də oyunumuz alınmırdı. Biz yeni komandayıq. Bu halları yaşayacağıq. Fasilədə danışdıqlarımız işə yaradı".
A.Abbasov sabiq komandasına qarşı oyunun onun üçün heç bir prinsipiallıq daşımadığını qeyd edib: "Biz meydançada rəqibik. Mənim üçün rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm. Oyundan sonra "Turan Tovuz" rəhbərliyi ilə görüşdük, bir-bizimizə uğurlar arazuladıq. Heç bir problem yoxdur".
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu