“Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehatın QOL.az saytına müsahibəsi
- Ardıcıl məğlubiyyətlərdən sonra səfərdə “Neftçi” ilə heç-heçə etdiniz. 1:1-lik bərabərliyi necə şərh edərdiniz?
- Səfərdə “Neftçi”yə qarşı ağır bir oyun keçirdik. Ardıcıl məğlubiyyətlərdən sonra pis gedişatı dayandırmaq istəyirdik. Xal və xallara çox ehtiyacımız var. Pis oynamadıq. Hesabda da önə keçdik. Oyunumuz barədə yaxşı sözlər demək olar. Mövsümün geridə qalan hissəsinə baxanda bu dəfə yaxşı görünürdük. Bu mübarizə əzmini digər oyunlarda da əks etdirməliyik.
- Demək olar ki, “Sumqayıt” 1 xal qazanmadı, 2 xal itirdi?
- Hesabı sən açırsansa, düşünmək olar ki, 2 xal itrmisən. Lakin düzünü desək, 1:1-dən sonra “Neftçi”nin də qol vurmaq üçün şansları var idi. Epizodların birində Mehdi əla qurtarışla komandamızı qoldan xilas etdi. Nəticəni ədalətli sayıram.
- Yerdə qaldığınız epizod kənardan penaltiyə oxşayırdı...
- Özünüz hər şeyi görürsünüz. Hakimlər barədə konkret nəsə demək istəmirəm.
- Etiraza görə sarı vərəqə ilə cəzalandırıldınız. Həmin anda hakimə konkret nə dediniz?
- Hiss elədim ki, müdafiəçi cərimə meydançası daxilində ayağıma vurdu. Hakimə bunu bildirdim. O isə mənə sarı vərəqə göstərdi.
- “Sumqayıt” “Neftçi”yə qarşı göstərdiyi futbolu əvvəlki matçlarda nə üçün nümayiş etdirə bilmirdi?
- Bəzən komandalarda uğursuz period olur. Bir qədər üzüaşağı gedirsən. Belə hallarda xarakter göstərməli, mübarizə aparmalısan. İnanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik.
- Komandanın nəticələri uğursuz olanda müxtəlif söz-söhbətlər də yayılır, danışılır. “Sumqayıt”da maaşların gecikdiyi və uğursuzluğun bununla əlaqədar olduğu deyilir. Bu, nə dərəcədə həqiqəti əks etdirir?
- Təbii ki, doğru deyil. Həm də biz hər birimiz peşəkar futbolçularıq. Sən meydana çıxırsansa, fikrin yalnız oyunda olmalıdır və komandanın uğuru üçün əlindən gələni etməlisən.
- Növbəti turda “Qarabağ”ı qəbul edəcəksiniz. Bu komanda ilə Sumqayıtdakı son matçda qələbə qazanmışdınız. Eyni nəticəni təkrarlamaq nə dərəcədə realdır?
- “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Gücü hər kəsə məlumdur. Ona görə də bizi həddindən artıq çox çətin oyun gözləyir. Bəli, ötən mövsümün sonlarında onlara qalib gəlmişdik. Bu dəfə də eyni nəticəni qazanmaq üçün çox çalışmalıyıq. Rəqibdən xal almaq üçün 100 faiz gücümüzü meydanda qoymalıyıq.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır