"Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiniz?
- Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.
- Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?
- Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.
- Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?
- Yalnız bir hədəfimiz var. İndi turlarla qalib gəlməyəndə, adamın dili gəlmir, çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.
- Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiniz?
- Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.
- "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?
- Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.
- Rəhbərlik sizə o vaxtı verəcək?
- Bu suala mənim cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiniz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımı, düzgün addımlar atırlar. Mən bunu rəhbərliklə müzakirələrdən sonra bu qənaətə gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Çox yüksək səviyyədə başa düşürlər, çox yüksək dərkedici ambisiyaları var, bunun üçün nə etmək lazım olduğunu bilirlər. (sportal.az)
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video