Luis Suaresin millidə son oyunu

Luis Suaresin millidə son oyunu
DÜNYA FUTBOLU 3 Sentyabr 2024 / 09:45 2089
-  A +

"İnter Mayami"nin futbolçusu Luis Suares Uruqvay millisindəki karyerasını başa vurur.

QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə mətbuat konfransında danışıb..

Suares sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsində Paraqvayla keçiriləcək görüşün onun üçün yığmadakı son matç olacağını bildirib.

Uruqvay millisində 142 oyun keçirən Suares 69 qol vurub, 39 məhsuldar ötürmə edib. 2007-ci ildən milliyə dəvət alan futbolçu 2011-ci ildə komanda ilə Amerika kubokunun qalibi olub.

Qeyd edək ki, Suares Uruqvay millisində ən çox oyun keçirən ikinci futbolçudur. Dieqo Qodin 161 oyunla birincidir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner