"Bavariya"nın hücumçusu Tomas Müller yeni rekorda imza atıb.
QOL.az xəbər verir ki, 34 yaşlı futbolçunun rekordu Bundesliqanın 2-ci turunda ötən gün "Frayburq"la keçirilən oyunda (2:0) qeydə alınıb.
Görüşdə ilk qolun müəllif olan almaniyalı futbolçu "Bavariya"da keçirdiyi rəsmi oyun sayına görə birinci olub. Münhen klubunda 710-cu oyununa çıxan Müller bu göstəricidə 1962-1980-ci illərdə "Bavariya"da çıxış edən Zepp Mayeri qabaqlayıb.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan və başqa heç bir klubda çıxış etməyən Tomas Müller 2008-ci ildən Münhen klubunun əsas komandasında oynayır.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?