Ronaldo 1000 qol vurmaq istəyir

Ronaldo 1000 qol vurmaq istəyir
DÜNYA FUTBOLU 29 Avqust 2024 / 15:10 4084
-  A +

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 1000 qol vurmaq niyyətində olduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib:

“1000 qol hədəfinə çatmaq istəyirəm. Əgər zədəm yoxdursa, mənim üçün ən vacibi budur, bunu istəyirəm. Futbolda qazana biləcəyim ən yaxşı göstərici ilk növbədə 900 qola çatmaqdır. Bundan sonra məqsədim 1000-ə çatmaqdır".

Qeyd edək ki, hazırda portuqaliyalı oyunçunun aktivində ümumilikdə 899 qol var.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner